Baş idarənin rəisi: “Yeni vergi məcəlləsi hazırlanılır”

İqtisadiyyat

26.11.2024 11:37

“Yeni vergi məcəlləsinin hazırlanması istiqamətində ciddi işlər aparılır”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, kölgə iqtisadiyyatının azaldılması istiqamətində sahibkarlarla birgə fəaliyyət göstərilir. Bu məqsədlə rəqəmsal həllərin genişləndirilməsi işləri aparılır. Daimi görüşlər keçirilib və həll yolları axtarılıb:

“Təkrar məsələləri çıxmaqla 170 məsələ qiymətləndirilməsi üçün qeydə alınmış  və onlardan 95-i öz həllini tapmış, 98 məsələ üzrə müvafiq izahat verilmiş, 93-ü isə qeyri-məqbul sayılmışdır. Həllini tapan sahələr arasında istehsal və maliyyə ön planda durur

Bundan başqa, 2021-2023-cü illəri əhatə edən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin istiqamətləri arasında inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinglərdə mövqeyin qorunması üzrə ümumilikdə 82 dəyişiklik edilib. Vergi yükünün optimallasdrilmasi və sosial xarakterli dəyişikliklər üzrə 76, vergitutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatina qarşı mübarizə üzrə ümumilikdə 48 dəyişiklik edilmişdir. İllər üzrə cəmi dəyişiklik sayı isə 206-dır”. 

Töhfə Səməd

tag: Vergi,İqtisadiyyat Nazirliyi,Nicat İmanov,Biznes assosiası,Vergi Məcəlləsi, todaypress.az,