Bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın azaldı
Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 253,3 milyon manat xalis mənfəət əldə edib.
TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % azdır.
3 ay ərzində bankların əməliyyat gəlirləri 1 milyard 555,7 milyon manat (14,9 % çox), əməliyyat xərcləri 1 milyard 133,6 milyon manat (27,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 107,4 milyon manat (34,6 % çox), digər gəlirləri 0,3 milyon manat (5,7 dəfə az), mənfəət vergisi ödəmələri isə 61,7 milyon manat (15,4 % az) təşkil edib.
tag: Bank,Sektor,Mənfəət,Azalma,Todaypress.az,