Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

İqtisadiyyat

18.03.2025 14:44

1766

Yaxın vaxtlarda Bakıda 13-cü Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMC məlumat yayıb. 

Məlumata görə, artıq forumla bağlı hazırlıqlara başlanılıb. Tədbir çərçivəsində plenar sesiyalar təşkil ediləcək. Forumda 300-dən çox qonağın iştirakı gözlənilir. 

Xatırladaq ki, ötən il Azərbaycan-Rusiya Regionlararası Forumu Stavropol diyarının Mineralnıe Vodı şəhərində keçirilmişdi. 

tag: Bakı, Azərbaycan-Rusiya ,“Tikinti-Təchizat Birliyi",Forum,Todaypress.az,