Bakıda kosmosla birbaşa əlaqə quruldu - FOTO
İqtisadiyyat
28.09.2024 13:33
Dünya Məktəbində Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) təşkilatçılığı ilə Azərbaycanda 2-ci dəfə “Ümumdünya Kosmos Həftəsi” ("World Space Week") çərçivəsində ilk tədbir keçirilib.
TodayPress xəbər verir ki, görüşün məhz sentyabrın 28-də keçirilməsinin əsas səbəbi dalğaların uyğun kəsişməsidir.
Görüşdə Beynəlxalq Kosmik Stansiya ilə birbaşa əlaqə qurulub. Bu zaman stansiyaya üç uçuş etmiş və rekord vuran amerikalı astronavt Sunita Uilyams sualları cavablandırıb. O, bildirib ki, kosmosda olmaq həm maraqlı, həm də özünə görə çətinliklər var.
“Dünyadan uzaqlaşdığınız vaxt arxanızda ailənizi, dostlarınızı, sevdiklərinizi və tanıdıqlarınızı qoyursunuz. Lakin kosmosda olan zaman o qədər fərqli təcrübə əldə edirsiz ki, Yerə qayıdan zaman eyni təəssüf hislərini keçirirsiz”.
Qeyd edək ki, “Ümumdünya kosmos həftəsi” çərçivəsində gənclərin kosmos sahəsinə marağını artırmaq, onları məlumatlandırmaq və yeni innovativ kosmik ekosistemin inkişafına töhfə vermək məqsədilə 20-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Töhfə Səməd