Bakıda keçiriləcək kənd təsərrüfatı və qida sərgilərində 450 şirkət iştirak edəcək

İqtisadiyyat

06.05.2025 11:25

25

“Bütün fermerləri bu sərgidə iştirak etməyə dəvət edirik”. 

TodayPress xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli 18-ci olan Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.   

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən fermerlərin paytaxta gəlib sərgidə iştirak etməsi təmin olunacaq.   

“Bu il nazirlik olaraq süni intellektin kənd təsərrüfatına tətbiqi ilə bağlı layihələri sərgi iştirakçılarına göstərəcəyik. Uzun araşdırmalardan sonra məlum olub ki, Azərbaycan təhsil verən universitetlərlə aqroparklar arasında süni intellektlə bağlı sinerji yoxdur. Bu məqsədlə builki sərgidə qeyd olunan məsələyə xüsusi diqqət yetiriləcək”. 

O, sonda diqqətə çatdırıb ki, sərgidə 31 ölkədən 450 şirkət iştirak edəcək. 

Töhfə Səməd

tag: Toğrul Qafarbəyli,Kənd Təsərrüfatı,Tədbir,Şirkət,Todaypress.az,