Bakı-Supsa kəməri ilə nəql olunan neftin həcmi açıqlandı

İqtisadiyyat

18.04.2025 09:33

13

İstismara veriləndən 1 aprel 2025-ci ilədək “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə ümumilikdə 738 milyon barel neft nəql olunub. 

TodayPress bu barədə SOCAR-a istinadən xəbər verir. 

“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri 17 aprel 1999-cu ildə istismara verilib. Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşurutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib", - məlumatda qeyd olunur. 

Qeyd edək, ki “Bakı-Supsa” neft kəmərinin tikintisinə 1996-cı ildə başlanılıb, 1998-ci ildə isə başa çatdırlıb.

Kəmərin ümumi uzunluğu 829 kilometr, diametri isə 21 düym təşkil edir. Kəmərin maksimum gündəlik ötürmə gücü 146 min bareldir.

tag: Bakı,Supsa,Qaz,Nəql,Todaypress.az,