"Azərişıq" ASC açıq tender elan etdi
Müdafiə Nazirliyinə məxsus hərbi hissələrə elektrik təchizatının təmin edilməsi məqsədilə komplekt transformator məntəqələri quraşdırılacaq.
TodayPress xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC açıq tender elan edib.
Bundan əlavə, nazirliyin hərbi hissələrinə eyni zamanda 35 kV-luq yeni elektrik verilişi xətləri çəkiləcək.
Tenderin ehtimal olunan qiyməti 4 milyon 441 min 806,50 manatdır.
Təchizatçılar təklifləri təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 26-na təyin olunub.
tag: Hərbi Hissə,Tender,Azərişıq,Elan,Todaypress.az,