“Azərenerji”nin ixrac gəlirləri kəskin azaldı

İqtisadiyyat

28.02.2025 13:07

1210

“Azərenerji” ATSC-nin ixrac gəlirləri 2025-ci ildə 354 min dollara düşüb.

TodayPress İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"na əsasən xəbər verir ki, “Azərenerji” ATSC-nin ixrac gəlirləri 2024-cü ildə 28,7 milyon dollar olduğu halda, 2025-ci ildə bu rəqəm cəmi 354 min dollara düşüb. Bu, enerji ixracında ciddi azalmanı göstərir. Hesabata görə, 2025-ci ilin yanvarında “Azərenerji” Azərbaycanın qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində yer alsa da, əvvəlki illə müqayisədə göstəriciləri xeyli zəifləyib.

tag: Azərenerji,Gəlir,Azalma,İcmal,Todaypress.az,