Azərbaycanın "yaşıl enerji"də rolu beynəlxalq tədbirdə diqqətə çatdırıldı

İqtisadiyyat

14.05.2025 17:24

24

Avropa Yenidənqurma və İnkişaf Bankının (ERBD) İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyasında Azərbaycanın yaşıl enerji sahəsindəki strateji rolu diqqətə çatdırılıb. 

TodayPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

Nazir qeyd edib ki, tədbirdə regional iqtisadi əlaqələrin gücləndirilməsində və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan “yaşıl enerji” dəhlizində Azərbaycanın strateji mövqeyi vurğulanıb. 

O əlavə edib ki, sessiyada ölkədə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər diqqətə çatdırılıb.

tag: Azərbaycan,Yaşıl Enerji,Mikayıl Cabbarov,İştirak,Todaypress.az,