Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlandı

İqtisadiyyat

22.01.2025 10:08

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7% azalaraq 47 milyard 612.1 milyon ABŞ dolları təşkil edib.   

TodayPress bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Son bir ildə ölkə üzrə ixrac 21.7% azalaraq 26 milyard 554 milyon ABŞ dolları, idxal isə 21.8% artaraq 21 milyard 58 milyon ABŞ dolları təşkil edib. 

Xarici ticarət dövriyyəsinə 5 mlrd. 496 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə azdır.

tag: Azərbaycan,Ticarət,Qiymət,ABŞ,Todaypress.az,