Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 2 % artdı
Bu ilin yanvar-fevral aylarında
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 213,195 milyon ABŞ dolları təşkil
edib.
TodayPress bu barədə Gürcüstanın Milli Statistika
İdarəsinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 %
çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın
payı 6 %
təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi
məhsulların dəyəri 1 il əvvələ nisbətən 1,8 % azalaraq 97,702
milyon ABŞ dolları (ümumi ixracın 11,7 %-i),
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 5,5 %
azalaraq 115,493 milyon ABŞ dolları (ümumi
idxalın 4,2 %-i) olub.
İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin
dəyəri 15,6 % artaraq 3
milyard 567,567 milyon ABŞ dollarına çatıb. O cümlədən,
ixracın dəyəri 4 % artaraq 835,357 milyon ABŞ
dolları, idxalın dəyəri isə 19,6 % artaraq 2
milyard 732,209 milyon ABŞ dolları təşkil edib.
tag: Gürcüstan, Statistika, Azərbaycan, Ticarət, todaypress.az,