Azərbaycandakı valyuta hərraclarındakı satış 85 % artdı
İqtisadiyyat
26.12.2024 13:44
Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 7 milyard 170,1 milyon ABŞ dolları məbləğində satış olub.
TodayPress bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən illə müqayisədə 84,9 % çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 566,2 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,2 % azdır.
tag: Bank ,Milyon, ABŞ, Valyuta, todaypress.az,