Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edildi
İqtisadiyyat
01.01.2025 09:40
Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.
TodayPress xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.
tag: Azərbaycan,Yerli istehsal,Avtobus,Satış,ƏDV,Vergi Məcəlləsi,todaypress.az,