Azərbaycanda saytlar "çökdü"
İqtisadiyyat
25.11.2024 13:45
Azərbaycanın internet infrastrukturunda kütləvi fasilələr müşahidə olunur.
TodayPress-in məlumatına görə, bəzi şəxslər ölkənin internet infrastrukturuna qarşı genişmiqyaslı kiberhücumların təşkil edildiyini iddia edirlər.
Qeyd olunur ki, bir sıra veb saytlarının, bank tətbiqlərinin, həmçinin Wolt və Bolt kimi xidmətlərin işində fasilələr yaranıb.
Problemin xarici saytlar və xidmətlərə daxil olmaqda müşahidə olunmadığı vurğulanır.
tag: İnternet,İnfrastruktur,Kütləvi fasilə,Azərbaycan,todaypress.az,