Azərbaycanda neft emalı 12%-dən çox azaldı

İqtisadiyyat

14.04.2025 13:47

10

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 12,5% azalma deməkdir. 

Bu barədə TodayPress-ə Energetika Nazirliyindən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında isə Azərbaycanda 1,6 mln. ton neft emal edilib. 

Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır. 

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir.

Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

tag: Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.az,