Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşıma 20 %-dən çox artdı
İqtisadiyyat
23.11.2024 19:38
Bu ilin yanvar-oktyabr aylarında
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin eyni
dövrünə nisbətən 20,4 % artaraq 24,2
min nəfər olub.
TodayPress bu barədə Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.
Məlumata görə, 10 ay ərzində Azərbaycanda dəniz
nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 7 milyon 164,2 min ton
təşkil edib və illik müqayisədə 6,4 % azalıb.
Yüklərin 47,6 %-ni neft yükləri təşkil edib.
Hesabat dövründə dəniz limanları 11
milyon 704,4 min ton həcmində yükləmə-boşaltma işləri
həyata keçirib, yüklərin 9 milyon 360,2 min tonunu
və yaxud 80,2 %-ni tranzit yüklər təşkil edib.
Bu ilin noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 501,7
min ton olub.
tag: Dəniz Nəqliyyatı, Yük Daşıma, Lİman, Xəzər Dənizi, todaypress.az,