Azərbaycanda aqrar sektor 1 % böyüdü
İqtisadiyyat
18.11.2024 21:19
Bu ilin yanvar-oktyabr aylarında
Azərbaycanda 11 milyard 407,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu
istehsal edilib.
TodayPress Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik
məhsullarının dəyəri 0,5 % artaraq 5 milyard 866,9 min manat, heyvandarlıq
məhsullarının dəyəri isə 1,5 % artaraq 5 milyard 540,2 milyon manat olub.
Bu il noyabrın 1-nə qarğıdalı daxil olmaqla tarlalardan 3
milyon 195,9 min ton (ötən ilin eyni dövrünə nisbətən 0,7 %) çox dənli və dənli
paxlalı bitki, 1 milyon 785,6 min ton (1,8 % çox) tərəvəz, 1 milyon 118,2 min
ton (3,1 % çox) meyvə və giləmeyvə, 914,5 min ton (7,6 % az) kartof, 490 min
ton (11,8 % çox) bostan məhsulları, 200,6 min ton (7,8 % az) üzüm, 164,5 min
ton (31,5 % çox) şəkər çuğunduru, 139,5 min ton (17,4 % az) pambıq, 31,1 min
ton (6,3 % çox) günəbaxan, 5 milyon 588,1 ton (34 % çox) tütün, 1 milyon 41,7
ton (5,5 % az) yaşıl çay yarpağı yığılıb.
10 ay ərzində diri çəkidə 491,4 min ton ət, 1 milyon
880,3 min ton süd, 1 milyon 917,6 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4
ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,2 %, süd istehsalı
0,8 %, yumurta istehsalı 4,6 % artıb, yun istehsalı 2,1 %, barama istehsalı
32,9 % azalıb.
tag: DSK, Aqrar, Bitkiçilik, Heyvandarlıq, todaypress.az,