Azərbaycan və Xorvatiya arasında əməkdaşlıq imkanları müzakirə edildi
Azərbaycan və Xorvatiya arasında enerji və qida sənayesi sahəsində fəaliyyətin əlaqələndirilməsi imkanlarının gücləndirilməsi müzakirə edilib.
TodayPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Xorvatiyanın "Prvo Plinarsko Društvo" (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüşümüz zamanı şirkətin ölkəmizlə əməkdaşlıq potensialını, enerji və qida sənayesi sahəsində fəaliyyətin əlaqələndirilməsi imkanlarını müzakirə etdik" deyə o qeyd edib.
Töhfə Səməd
tag: Azərbaycan,Xorvatiya,Enerji,Qida sənayesi,todaypress.az,