Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə edildi
İqtisadiyyat
21.06.2024 14:13
Azərbaycan və Ukrayna enerji sahəsində mövcud və gələcək əməkdaşlıq
imkanları müzakirə edib.
TodayPress-in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi
məlumata görə, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Ukraynanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşündə aparılıb.
Görüşdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, o cümlədən “SOCAR
Energy Ukraine” şirkətinin fəaliyyətindən məmnunluq ifadə edilib.
Görüş çərçivəsində həmçinin enerji keçidi, dekarbonizasiya və qarşılıqlı
maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
tag: Azərbaycan, Ukrayna, SOCAR, Enerji, todaypress.az,