Azərbaycan və Özbəkistanın artan iqtisadi potensialı
İqtisadiyyat
23.08.2024 17:59
“Ötən il Azərbaycan-Özbəkistan iqtisadi dövriyyəsi 180 milyon dollar təşkil edib. Hazırda bu göstəricilər 28% artıb. Gələcək dövriyyənin 1 milyard dollara çatdırılması nəzərdə tutulub”.
Bu sözləri Azərbaycanla Özbəkistan arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün “Yol xəritəsi”ni TodayPress-ə təhlil edərkən iqtisadçı Eyyub Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq mövcuddur. Tikinti, nəqliyyat, kənd təsərrüfatı və sair xidmət sahələri üzrə Azərbaycanda Özbəkistandan olan 90-dan çox şirkət qeydiyyatdan keçib. Bununla yanaşı, Azərbaycanın 150-yə yaxın şirkəti Özbəkistanda fəaliyyət göstərir:
“Hesab edirəm ki, hər iki ölkənin iqtisadi potensialı olduqca yüksəkdir. Gələcəkdə də təcrübə mübadiləsi baş tuta bilər. Çünki Özbəkistanın tekstil, maşınqayırma və digər sənayelərdə, həmçinin kənd təsərrüfatı sahəsində böyük təcrübəsi var. Özbəkistan Azərbaycanla logistika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Özbəkistan bu gün həm iqtisadi, həm də siyasi cəhətdən Asiyanın aparıcı ölkələrindən biridir. Azərbaycan da Qafqazın aparıcı dövlətidir. Buna görə də potensial olduqca yüksəkdir”.
Töhfə Səməd
tag: Azərbaycan, Özbəkistan, İqtisadiyyat, Asiya,Nəqliyyat, todaypress.az,