Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqləndi

İqtisadiyyat

17.04.2025 16:53

6

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib.   

TodayPress xəbər verir ki, sənəd bu il yanvarın 16-da Bakıda imzalayıb.   

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərməlidir. 

tag: Azərbaycan,Latviya,Memorandum,Təsdiq,Todaypress.az,