Azərbaycan və İsrail “yaşıl enerji” layihələrini müzakirə etdi
Azərbaycan və İsrail
“yaşıl enerji” sahəsində layihələri müzakirə edib.
TodayPress xəbər
verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki
hesabında bildirib.
"İsrailin
regional əməkdaşlıq naziri David Amsalem ilə keçirilən görüşdə karbohidrogen
sektorunda inkişaf edən əməkdaşlığımıza, ölkəmizdə bərpa olunan enerji sahəsində
istehsal və ixrac istiqamətlərində həyata keçirilən layihələrə və ikitərəfli
enerji əlaqələrini möhkəmləndirəcək perspektivlərə dair müzakirələr apardıq”
deyə P. Şahbazov qeyd edib.
tag: Azərbaycan, İsrail, Yaşıl enerji, Layihə, todaypress.az,