Azərbaycan və İsrail iqtisadiyyat nazirləri arasında görüş keçirildi

İqtisadiyyat

17.03.2025 17:57

967

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşərək iki ölkə arasındakı investisiya əməkdaşlığının prioritetləri, sənaye zonaları çərçivəsində işbirliyi və bir sıra digər məsələləri müzakirə ediblər.

TodayPress xəbər verir ki, nazir bu barədə öz "X" hesabında yazıb. 

"İsrailə işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşümüzdə iki ölkə arasında investisiya əməkdaşlığının prioritetləri, sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələrimiz oldu" deyə o bildirib.

Töhfə Səməd

tag: İqtisadiyyat naziri ,Mikayıl Cabbarov,İsrail,Nir Barkat,todaypress.az,