Azərbaycan və Çin arasında İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradıldı
Azərbaycan və Çin arasında müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb.
TodayPress xəbər verir ki, bu barədə qərar Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında qəbul edilib.
Bildirilib ki, bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.
tag: Azərbaycan,Çin,Ticarət,İqtisadi Əməkdaşlıq,Komissiya,todaypress.az,