Azərbaycan və Aİ enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdi

İqtisadiyyat

04.04.2025 15:07

2979

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.

TodayPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorqensen ilə görüşdə baş tutub:

“Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm mövqeyini vurğuladıq. “Yaşıl enerji”yə keçidin və regional təşəbbüslərin təşviqi müzakirə etdik”.

tag: Azərbaycan,Avropa İttifaqı,Energetika,Müzakirə,Todaypress.az,