Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə etdi

İqtisadiyyat

04.04.2025 10:14

1003

Azərbaycan Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti ilə ölkədə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib.

TodayPress xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, “ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olub:

“Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.

tag: Azərbaycan,Mikayıl Cabbarov,Görüş,Heyət,Todaypress.az,