Azərbaycan Türkiyəyə qaz nəqlini artırdı

İqtisadiyyat

28.09.2024 00:23

2024-cü ilin yanvar-iyulunda Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon kubmetr təbii qaz ixrac edilib.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,24 % çoxdur.


TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə hesabatında qeyd olunub.


Cari ilin iyulunda Azərbaycan Türkiyəyə 1 milyard 004,08 min kubmetr təbii qaz ixrac edib.


Ümumilikdə Türkiyənin idxal etdiyi təbii qazın 28,09 %-i Azərbaycanın payına düşüb.

 

"Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir.

 

Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub.

 

Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur.

 

2023-cü ildə respublikada qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,8 faiz çoxdur.
 


Aynur TAC


tag: Türkiyə, Qaz, İxrac, Avropa, Neft, todaypress.az,