Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək
İqtisadiyyat
07.10.2024 11:45
Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda Azərbaycan Ticarət Forumu işə başlayıb.
TodayPress-in məlumatına görə, tədbirdə bildirilib ki, beynəlxalq ticarət və logistika ilə məşğul olan şirkətlərin birləşdiyi Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək.
Platforma Forumun davamlı fəaliyyətini koordinasiya etmək üçün yaradılır.
Azərbaycan Ticarət Forumu ilk dəfə təşkil olunub. İl ərzində dövlət-özəl sektor dialoqunu saxlamaq və problemlənin həllinə nail olmaq üçün aylıq tədbirlər keçiriləcək.
tag: Bakı ,KOB ,Azərbaycan Ticarət Forumu ,Dövlət ,Özəl Sektor ,todaypress.az,