Azərbaycan Somali ilə Anlaşma Memorandumu imzaladı

İqtisadiyyat

27.02.2025 12:50

2172

Azərbaycanın Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TodayPress xəbər verib ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında yazıb.

Onun sözlərinə görə, Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə enerji tərəfdaşlığının qurulması üçün imkanlar dəyərləndirilib.

“Bu sənəd, neft və qaz layihələri sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqla əməkdaşlığın inkişafı üçün mühüm bir addımdır” deyə nazir qeyd edib.

tag: Azərbaycan,Energetika Nazirliyi,Somali ,Neft,Anlaşma Memorandumu,todaypress.az,