Azərbaycan SES-lərində elektrik enerjisinin istehsalı artdı

İqtisadiyyat

15.04.2025 10:20

10

Bu ilin 1-ci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub.

TodayPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.

Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 243,9 mln. kVt-saat artımla (40%) 853,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

tag: Elektrik enerjisi,Azərbaycan,Nazir,Pərviz Şahbazov,todaypress.az,