Azərbaycan Orta Asiyanın çıxış nöqtəsi kimi: İsraillə əlaqələr genişlənir - Millət vəkili danışdı

İqtisadiyyat

21.03.2025 16:40

1884

"Azərbaycan və İsrail arasında iqtisadi tərəfdaşlıq intensiv inkişaf xarakteri alıb".

Milli Məclisin deputatı Aydın Hüseynov bunu İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfərini TodayPress-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Orta Asiyaya çıxış nöqtəsi kimi dəyərləndirilməsi, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafına təkan verəcək:

"Eyni zamanda Azərbaycanın İsrailin enerji təhlükəsizliyində rolu, bu ölkənin qaz yataqlarının istismarında SOCAR-ın təcrübəsindən istifadə, iqtisadi sferada əhəmiyyətli təşəbbüslər prioritet istiqamətlər kimi dəyərləndirilib. Tərəfdaşlarımıza da məlumdur ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti var. İsrail və Azərbaycanın investisiya işbirliyi, tərəfdaşlıq, biznes nümayəndələrinin işgüzar əlaqələri, rəqəmsal inkişaf üzrə təcrübə mübadiləsi bundan sonrakı əlaqələrimizdə önəmli rol oynayacaq".

Millət vəkili vurğulayıb ki, Azərbaycan-İsrail münasibətləri daim yüksələn xətlə inkişaf edib. O hesab edir ki, əlaqələrimizdə iqtisadiyyatın üstünlük təşkil etməsi ölkələrimizə əlavə imtiyazlar qazandırır.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin prezidenti İsxak Hersoqun qəbulunda olub. Səfər çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, iqtisadi tərəfdaşlıq barədə razılıqlar əldə olunub.

Türkan İsgəndərli

tag: Azərbaycan,İsrail,Mikayıl Cabbarov,İqtisadiyyat,todaypress.az,

photo