Azərbaycan neftinin qiyməti ucuzlaşdı
İqtisadiyyat
15.10.2024 10:10
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,42 % azalaraq 78,68 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 77,46 ABŞ dollarında qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: ABŞ ,Neft ,Dünya, Barel ,Azərbaycan ,todaypress.az,