Azərbaycan neftinin qiyməti qalxdı

İqtisadiyyat

22.08.2024 10:09

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,22 % artaraq 79,52 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Bundan başqa, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,05 ABŞ dollarında qərarlaşıb.

Azərbaycanın builki dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Töhfə Səməd

tag: Azərbaycan, Neft, Barel, Birja, Dünya, todaypress.az,