Azərbaycan neftinin qiyməti orta qiymətdən aşağı düşdü
İqtisadiyyat
19.10.2024 10:13
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,49 % azalaraq 73,26 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Bundan başqa, hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 73,06 ABŞ dollarında qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Azərbaycan, Neft, Birja, Barel, Qiymət, todaypress.az,