Azərbaycan neftinin qiyməti endi

İqtisadiyyat

12.09.2024 10:03

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,14% azalaraq 73,53 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 71,06 ABŞ dollarında qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya, Bazar, Birja, Barel, Neft, todaypress.az,