Azərbaycan neftinin qiyməti endi

İqtisadiyyat

18.12.2024 10:23

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48 % azalaraq 75 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,19 ABŞ dollarında qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan, Neft, Ucuzlaşma ,Qiymət,todaypress.az,