Azərbaycan neftinin qiyməti cüzi azaldı

İqtisadiyyat

16.04.2025 09:53

10

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

TodayPress xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0.64% azalaraq 67,14 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,57 ABŞ dolları təşkil edib.

tag: Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.az,