Azərbaycan neftinin qiyməti artdı

İqtisadiyyat

07.02.2025 09:40

2182

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % artaraq 76,92 ABŞ dolları təşkil edib. 

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib. 

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,55 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. 

tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,