Azərbaycan neftinin qiyməti 84 dolları ötdü
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,67 ABŞ dolları, yaxud 3,26 % artaraq 84,53 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 80,66 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
tag: Azərbaycan ,Neft ,Qiymət ,Bahalaşma ,todaypress.az,