Azərbaycan neftinin qiyməti 82 dollardan aşağı düşdü
İqtisadiyyat
23.01.2025 09:58
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,52 % azalaraq 81,99 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,73 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
tag: Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.az,