Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşdı
İqtisadiyyat
10.01.2025 10:41
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 % artaraq 79,77 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,19 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
tag: Azərbaycan ,Neft ,Qiymət ,Dollar, todaypress.az,