Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşdü
İqtisadiyyat
09.01.2025 09:49
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,14 % azalaraq 78,72 ABŞ dolları təşkil edib.
TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 76,06 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
tag: Azərbaycan ,Neft ,Qiymət, Aşağı, todaypress.az,