Azərbaycan neftinin qiyməti 77 dolları keçdi
İqtisadiyyat
06.11.2024 10:24
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,76 % artaraq 77,53 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 75,53 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Dünya, Birja,Neft, Barel, Azərbaycan, todaypress.az,