Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşdü

İqtisadiyyat

06.02.2025 09:25

1663

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları, yaxud 2,32 % azalaraq 76,80 ABŞ dolları təşkil edib. 

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib. 

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,67 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,