Azərbaycan neftinin qiyməti 76 dolları ötdü

İqtisadiyyat

28.02.2025 09:57

2187

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

TodayPress xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dolları və ya 1,41% artaraq 76,24 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,18 ABŞ dolları təşkil edib.

tag: Neft ,Bahalaşma ,Barel ,Büdcə, todaypress.az,