Azərbaycan neftinin qiyməti 76 dolları ötdü

İqtisadiyyat

12.12.2024 10:55

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,83 % artaraq 76,54 ABŞ dolları təşkil edib.

TodayPress-in məlumatına görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,52 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Marka ,Neft, Dollar, Qiymət ,todaypress.az,