Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

İqtisadiyyat

11.12.2024 10:25

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları, yaxud 0,56 % artaraq 75,91 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan, Neft, Dollar, Barel, todaypress.az,