Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü
İqtisadiyyat
28.11.2024 10:33
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,57 % azalaraq 74,79 ABŞ dolları təşkil edib.
TodayPress-in verdiyi xəbərə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 72,83 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Neft, Birja, Sənaye, Dünya, Barel, todaypress.az,