Azərbaycan nefti yenidən ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,02 % azalaraq 79,58 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Bundan başqa, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 80,93 ABŞ dollarında qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Neft ,Barel ,Azərbaycan ,ABŞ, Büdcə ,todaypress.az,