Azərbaycan nefti yenidən ucuzlaşdı

İqtisadiyyat

11.03.2025 10:07

1224

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,41 % azalaraq 72,81 ABŞ dolları təşkil edib. 

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,04 ABŞ dolları təşkil edib. 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,36 % azalaraq 71,59 ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Neft ,Qiymət ,Enmə, Dollar ,todaypress.az,